Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsinin, Sədərək Rayon Təhsil Şöbəsinin, Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbinin, Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin və İzmir Deha Satranc Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhidlər ölməz vətən bölünməz ” devizi altında 13 komanda arasında yoldaşlıq görüşü keçiriləcəkdir.
16 yanvar 2021-ci il tarixində saat 18:00-da lichess.org plartforması vasitəsilə keçirilən görüşdə 16 yaş qrupundan, 144 müxtəlif dərəcəli şahmatçı şagirdlərin iştirakı nəzərdə tutulub.
Keçiriləcək görüşün yekun nəticələri Naxçıvan Şahmat Federasiyasının və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmi internet səhifələrində elan ediləcəkdir.