16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasında VI turun oyunları başa çatmışdır.
VI turda Azərbaycanın birinci komandası Qazaxıstan komandasını 2,5-1,5 hesabı ilə məğlub edərək hesabına 2 xal əlavə etmişdir. Azərbaycan- Naxçıvan komandası isə Qırğızıstan komandası ilə bərabərə qalaraq hesabına 1 xal əlavə etmişdir.
Qeyd edək ki, bugün 2 tur keçiriləcək.