16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasında VIII turun oyunları başa çatmışdır.
VIII turda Azərbaycanın birinci komandası Ukrayna komandası ilə, Azərbaycan- Naxçıvan komandası isə Honq Konq komandası ilə bərabərə qalaraq hesablarına 1 xal əlavə etmişlər.
Sabah IX turun oyunları keçiriləcək Azərbaycanın birinci komandası Çin komandası ilə, Azərbaycan- Naxçıvan komandası isə Türkiyə-White komandası ilə mübarizə aparacaq.
Son turda komandalarımıza uğurlar arzu edirik.