Birincilik 19-20 iyul 2020-ci il tarixlərində Naxçıvan Şahmat Federasiyasının təşkilatçılığı ilə Şahmat Mərkəzində keçirilib.
Yarışda Muxtar Respublikanın 80 şahmatçısı yaş məhdudiyyəti olmadan mübarizə aparıb.
Turnirin sonunda qaliblər müəyyən olunub.
I yer - Həsənzadə Toğrul
II yer - Qarayev Sadiq
III yer - Babayev Talıb
Turnirin sonunda şahmatçıların retingləri Fide-də qeydiyyata alınmaqla yanaşı, yarışın qalibləri ilə birlikdə hər yaş qrupunda fərqlənən 18 şahmatçımız da təşkilatçılar tərəfindən pul mükafatı ilə təltif olunmuşlar.