30 dekabr 2019- cu il tarixində Sədərək rayon Təhsil şöbəsinin Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti" ilə əlaqədar olaraq Sədərək rayonunda onlayn üzərindən ümumtəhsil məktəblərindən Sədərək kənd 1 nömrəli və Sədərək kənd 2 nömrəli tam orta məktəblərin şahmatçı şagirdləri arasında Şahmat yarışı təşkil edilmişdir.
Maraqlı keçən yarışda hər məktəb üzrə 6 şahmatçı şagird olmaqla 12 şagird iştirak etmişdir.
Yarış komanda hesabına 3-3 olaraq bərabərə bitmişdir. Onuda qeyd etmək isdərdik ki, Sədərək rayonunda ilk dəfə olaraq onlayn iteraqtiv əlaqə üzərindən rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında Şahmat yarışı baş tutmuşdur. Yarış şagirdlərin böyük marağına səbəb olmuşdur.