Naxçıvan şəhərində yerləşən “Saat meydanı” turizm istirahət kompleksində "5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş İdman festivalı keçirilmişdir.
Festivalda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün idman federasiyalarının nümayəndələri iştirak ediblər. Naxçıvan Şahmat Federasiyasının müəllim və tələbə heyyəti da festivalda iştirak ediblər.
Həmçinin festivalda Federasiyamızın müəllimi Əliyev Hüseyn Tağı oğlu "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi" adına layiq görülmüşdür.
Federasiyamızın veteran müəllimlərindən Həbib Mustafayev, Zakir Həsənovun və Akif Əliyev, eləcə də Hüseyn Əliyev Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və Federasiyamızın sədri Seymur Talıbov tərəfindən hədiyyələrlə təltif olunublar.
Müəllimlərimizi və bütün idmançıları bu özəl gün münasibətilə təbrik edirik.