Bu gün Kəngərli rayon Uşaq-gənclər şahmat məktəbinin təşkilatçılığı ilə “Yay məktəbi” adı altında “Açıq debütlər, İtalyan oyunu” mövzusunda növbəti onlayn məşğələ keçirilib.
Məşğələnin keçirilməsində məqsəd şagirdlərin şahmat biliyinin daha da artırılması və asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.
Məşğələ rayonun 10 dərəcəli şahmatçısı tərəfindən izlənilib.
Məşğələni keçən Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə əvvəlcə “İtalyan oyunu”nun yaranması və tarixi haqqında şahmatçılara məlumat verib. Daha sonra isə debütün prinsipləri və ideyaları şahmatçılarla birlikdə müzakirə olunub, İtalyan oyununda debütdə buraxılan səhvlərə aid kombinasiyalar iştirakçı şagirdlər tərəfindən tapılıb.