Ağcabədi rayonunda keçirilən 8,10,12,14 və 16 yaşlı qız və oğlanlar arasında şahmat üzrə Azərbaycan birinciliyinə seçmə yarışlar davam edir. Naxçıvan Muxtar Respublikasından da şahmatçılarımızın iştirak etdiyi turnirdə bugün V və VI turların oyunları keçirilib. VI turdan sonra Şahmatçılarımızdan 8 yaşlı oğlanlar arasında Mirzəyev Uğur 5 xalla,Muradlı Lətif 5 xalla, 10 yaşlı oğlanlar arasında Həsənov Ramal 5 xalla, 12 yaşlı oğlanlar arasında Qəbulov İlkin və Qənbərli Hüseyn 4,5 xalla,14 yaşlı oğlanlar arasında Allahverdiyev Zahid 5 xalla, Seyid Hüseyn 4 xalla, 16 yaşlı oğlanlar arasında Əliyev Ayxan 4,5 xalla, 8 yaşlı qızlar arasında Zamanlı Ayla 4 xalla, 10 yaşlı qızlar arasında Qənbərli Nigar 4 xalla, Hacıyeva Nəzrin 3,5 xalla,14 yaşlı qızlar arasında Hümbətova Nazlı 3,5 xalla, Məmmədli Zərrin 3 xalla,16 yaşlı qızlar arasında Əhmədova Yeganə və Babayeva Nəsrin 4,5 xalla turnirə davam edirlər.
Qeyd edək ki, sabah VII turun oyunları keçiriləcək. Şahmatçılarımıza uğurlar arzulayırıq.