Ağcabədi rayonunda keçirilən 8,10,12,14 və 16 yaşlı qız və oğlanlar arasında şahmat üzrə Azərbaycan birinciliyinə seçmə yarışlar davam edir. Naxçıvan Muxtar Respublikasından da şahmatçılarımızın iştirak etdiyi turnirdə bugün IV turun oyunları keçirilib. IV turdan sonra Şahmatçılarımızdan 8 yaşlı oğlanlar arasında Mirzəyev Uğur 3,5 xalla, 10 yaşlı oğlanlar arasında Həsənov Ramal, Məmmədli Turan 3 xalla, 12 yaşlı oğlanlar arasında Qəbulov İlkin 4 xalla,14 yaşlı oğlanlar arasında Allahverdiyev Zahid 3 xalla, 16 yaşlı oğlanlar arasında Əliyev Ayxan 3,5 xalla, 8 yaşlı qızlar arasında Zamanlı Ayla 3 xalla, 10 yaşlı qızlar arasında Qənbərli Nigar 3 xalla, Hacıyeva Nəzrin 2,5 xalla,12 yaşlı qızlar arasında İbrahimbəyli Almara 3 xalla, 14 yaşlı qızlar arasında Hümbətova Nazlı, Məmmədli Zərrin 2,5 xalla,16 yaşlı qızlar arasında Əhmədova Yeganə 3 xalla, Babayeva Nəsrin 2,5 xalla turnirə davam edirlər.
Qeyd edək ki, sabah V turun oyunları keçiriləcək. Şahmatçılarımıza uğurlar arzulayırıq.