Ağcabədi rayonunda keçirilən 8,10,12,14 və 16 yaşlı qız və oğlanlar arasında şahmat üzrə Azərbaycan birinciliyinə seçmə yarışlar davam edir. Naxçıvan Muxtar Respublikasından da şahmatçılarımızın iştirak etdiyi turnirdə ilk üç turun oyunları geridə qalıb. III turdan sonra Şahmatçılarımızdan 8 yaşlı oğlanlar arasında Mirzəyev Uğur 3 xalla, 10 yaşlı oğlanlar arasında Həsənov Ramal 3 xalla, 12 yaşlı oğlanlar arasında Qəbulov İlkin 3 xalla,14 yaşlı oğlanlar arasında Allahverdiyev Zahid 3 xalla, 16 yaşlı oğlanlar arasında İsmayılov Ərturan 2,5 xalla, 8 yaşlı qızlar arasında Zamanlı Ayla 2 xalla, 10 yaşlı qızlar arasında Qənbərli Nigar 2 xalla, 12 yaşlı qızlar arasında İbrahimbəyli Almara 2 xalla, 14 yaşlı qızlar arasında Hümbətova Nazlı 2,5 xalla,16 yaşlı qızlar arasında Əhmədova Yeganə 3 xalla turnirə müvəffəqiyyətlə davam edirlər.
Qeyd edək ki, sabah IV turun oyunları keçiriləcək. Şahmatçılarımıza uğurlar arzulayırıq.