Azərbaycan 16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasının qalibi oldu!
Olimpiadanın sonuncu turunda Azərbaycanın birinci komandası Çin komandasını 2,5-1,5 hesabı ilə məğlub edərək hesabına 2 xal əlavə etdi və 16 xalla olimpiadanın qalibi oldu.
Azərbaycan-Naxçıvan komandası isə sonuncu turda Türkiyənin White komandasına 2,5-1,5 hesabı ilə məğlub olaraq turniri 8 xalla başa vurdu.
Olimpiadanın bağlanış mərasimində Çorum valisi, Çorum bələdiyyə başkanı, Türkiyə Şahmat Federasiyanın prezidenti Gülkız Tülay və Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim komandamıza çempionluq kobokunu təqdim etdi.
Azərbaycan dövlət himninin səsləndirilməsindən sonra bağlanış mərasimi başa çatmışdır.
Komandamızı bu böyük uğur münasibətilə təbrik edirik.