Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Fransanın Şartr şəhərinin "C’Chartres Échecs" şahmat klubunun birgə təşkilatçılığı ilə Azərbaycan-Fransa onlayn yoldaşlıq matçı bu gün baş tutdu.
Yarışda "C’Chartres Échecs" şahmat klubu ilə Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbinin və Naxçıvan MR Şahmat Federasiyasının yerli 16 yaşadək şahmatçıları iştirak edirdi.
Azərbaycan vaxtı ilə saat 17:30-da başlayan oyun 3 saata yaxın davam etdi və çox gərgin anlarla yadda qaldı. hər komandada 9 şahmatçı və  hər şahmatçının iki oyun oynadığı görüşdə Culfa şahmatçıları 10-8 hesabı ilə qalib gəlmişlər.
 
Qarşılaşma Lichess.org şahmat platforması üzərindən baş tutmuşdur.
 
Yarışı qrossmeysterimiz Namiq Quliyev canlı olaraq şərh etmişdir.
 
Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbini təbrik edir, gələcək oyunlarda uğurlar diləyirik.