16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasında VII turun oyunlarına start verilmişdir.
VII turda Azərbaycanın birinci komandası Yunanıstan komandası ilə, Azərbaycan- Naxçıvan komandası isə Qazağıstan-Karaqanda komandası ilə mübarizə aparır. Azərbaycanın birinci komandasında VII turda Muradlı Məhəmməd, Süleymanlı Aydın, Əhmədzadə Əhməd və Manafov Vüqar iştirak edir. Azərbaycan- Naxçıvan komandası isə VII turda Babazadə Xəzər, Məmmədov Sadiq, Qarayev Sadiq və İsmayılov Ərturan mübarizə aparır. Komandalarımıza uğurlar arzu edirik.