Azərbaycan Respublikası Dövlət Bayrağı Gününə həsr olunmuş Naxçıvan MR şahmat birinciliyində III turun oyunları keçirilmişdir.
9 noyabr 2019-cu il tarixdə açılışı keçirilən turnirdə 14 yaşlı oğlanlar qrupunda 34 şahmatçı, 10 yaşlı oğlanlar qrupunda 51 şahmatçı, 14 yaşlı qızlar qrupunda 14 şahmatçı və 10 yaşlı qızlar qrupunda 10 şahmatçı mübarizə aparır.
Hal-hazırda IV turun oyunları keçirilir.
V turun oyunları isə günorta fasilədən sonra davam edəcək.
Qeyd edək ki, Əsasnaməyə uyğun olaraq 8,10,12 və 14 yaşlı oğlanlar və 8,10,12 və 14 yaşlı qızlar arasında birinci yeri tutan şahmatçılar Azərbaycan Respublikası Təhsil İdman Mərkəzinin final yarışlarında iştirak edəcəklər

Turnirin nəticələrinə buradan baxa bilərsiniz.

https://chess-results.com/tnr487624.aspx?lan=8&art=2&rd=3
https://chess-results.com/tnr487623.aspx?lan=8&art=2&rd=3
https://chess-results.com/tnr487622.aspx?lan=8
https://chess-results.com/tnr487625.aspx?lan=8&art=2&rd=3