Prezident İlham Əliyev aprelin 13-də Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında idman sahəsinin inkişafında xüsusi xidmətlərinə görə Faiq Zülfüqar oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilsin".
Qeyd edək ki, bu gün Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun 80 yaşı tamam olur. Həm 80 illiyi, həm də "Şərəf" ordeni alması münasibətilə Faiq müəllimi Naxçıvan Şahmat Federasiyasının kollektivi adından təbrik edirik.