Babək rayon Ümumtəhsil məktəblərinin şahmat komandaları arasında fevral-aprel 2020-ci il tarixlərində keçiriləcək zona yarışlarının əsasnaməsinə uyğun olaraq 12-13 fevral 2020-ci il tarixlərdə A.Buzqov kənd orta məktəbində I Zona birinciliyi keçirilmişdir.
Qeyd edək ki, Yarışın keçirilməsinə ümumi rəhbərlik Babək rayon Təhsil Şöbəsi və Babək rayon UG şahmat məktəbi tərəfindən təşkil edilir.
Yarış 6 zona üzrə keçirilir. I zona 12-13 fevral 2020-ci il tarixlərdə A.Buzqov kənd orta məktəbində, II zona 19-20 fevral 2020-ci il tarixlərdə Didivar kənd tam orta məktəbində, III zona 11-12 mart 2020-ci il tarixlərdə Kərimbəyli kənd tam orta məktəbində, IV zona 18-19 mart 2020-ci il tarixlərdə Qahab kənd tam orta məktəbində, V zona 8-9 aprel 2020-ci il tarixdə Babək rayon Uşaq Gənclər Şahmat məktəbində, VI zona yarışları 15-16 aprel 2020-ci il tarixlərdə Nehrəm kənd 1 nömrəli tam orta məktəbində,
Zona yarışlarının final mərhələsi 20-21-22 aprel 2020-ci il tarixlərdə Babək rayon UG Şahmat məktəbində keçiriləcəkdir.
Yarışda hər məktəb komandası 4 oğlan 2 qız olmaqla, oğlanlar 8-10,10-12,12-14,14-16 yaş qrupları, qızlar 8-12 yaş qrupları arasında olmaqla hər komandadan 6 şahmatçı iştirak edir.
Final mərhələsinin qaliblərinə Babək rayon Təhsil Şöbəsinin diplomları təqdim ediləcəkdir.