Babək rayon Şahmat məktəbində "8 Mart-Beynəlxalq Qadınlar Günü" münasibəti ilə qadınlar arasında şahmat birinciliyi keçirilmişdir. 32 şahmatçının iştirak etdiyi turnirin qalibi Nehrəm kəndindən Fətullayeva Kəmalə,II yerin qalibi Nehrəm kəndindən Fətullayeva Alidə, III yerin qalibi isə Babək rayon şahmat məktəbindən Jalə Məmmədova olmuşdur. Qaliblər kubok və diplomlarla təltif olunmuşlar.