19-20 iyul 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin və Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “20 iyul-Beynəlxalq Şahmat Günü” münasibətilə Qıvraq qəsəbəsində yerləşən İstirahət Parkında rayonun idarə, təşkilat və təhsil müəssisələrində çalışan həvəskar şahmatçılar və məktəblilər arasında şahmat yarışı keçirilib.
Qeyd edək ki, iki gün davam edən yarışda birinci gün rayonun idarə, təşkilat və təhsil müəssisələrində çalışan 20 həvəskar şahmatçı, ikinci gün isə ümumtəhsil məktəblərinin 36 şagirdi mübarizə aparıb.
Yarışın nəticələrinə görə həvəskar şahmatçılar arasında Heydərov Qurbanəli I, Rüstəmov Samil II, Abbasov Zülqər III yerə layiq görülüb. Məktəblilər arasında isə 12 yaşadək şahmatçılar arasında Xok kənd tam orta məktəbinin şagirdi Əlili Kənan I, Qarabağlar kənd 2 №-li tam orta məktəbin şagirdi İsmayılov Novruz II, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Tarverdiyev Şəhriyar III yerə layiq görülüb. 16 yaşadək şahmatçılar arasında isə Qarabağlar kənd 2№-li tam orta məktəbin şagirdi Məmmədov Əli I, Yurdçu kənd tam orta məktəbinin şagirdi Abbasov Mais II, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Cəfərli Anar isə III yerə layiq görülüb.
Yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən qiymətli hədiyyə və diplomlarla mükafatlandırılıblar.