Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının, Sədərək Rayon Təhsil Şöbəsinin, Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbinin və İzmir Deha Satranç Spor Kulubunun birgə təşkilatçılığı ilə “Bir Millət İki Dövlət” devizi altında lichess.org vasitəsilə 19 dekabr 2020-ci il tarixdə saat 12:00-da yoldaşlıq görüşü keçiriləcəkdir.
Keçiriləcək görüşdə hər komandada 16 şahmatçının iştirakı nəzərdə tutulur. Görüş 1 saat 20 dəqiqə dəvam edəcəkdir.
Görüşün yekun nəticələri Şahmat Federasiyasının və Təhsil Nazirliyinin rəsmi saytında elan olunacaqdır.

https://lichess.org/tournament/vXuafxo7

 

--

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının, Sədərək Rayon Təhsil Şöbəsinin, Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbinin və İzmir Deha Satranç Spor Kulubunun birgə təşkilatçılığı ilə “Bir Millət İki Dövlət” devizi altında lichess.org vasitəsilə 19 dekabr 2020-ci il tarixdə saat 12:00-da yoldaşlıq görüşü keçirilib.

Keçirilən görüşdə hər komandada 18 şahmatçı, ümumilikdə isə 36 müxtəlif dərəcəli şahmatçı iştirak edib.
1 saat 20 dəqiqə dəvam edən görüşün yekun nəticələrinə əsasən İzmir Deha Satranc Kulubu xal hesabı ilə qalib olub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Lichess.org plartoframası vasitəisilə Sədərək rayonununda ölkə və ölkədən kənar şahmat klubları ilə yarışların keçirilməsinə başlanıb.
Yarışların dekabr ayının sonuna dək dəvam etməsi nəzərdə tutulub.