28 yanvar 2020-ci il tarixdə Culfa Rayon Uşaq Gənclər Şahmat İdman Məktəbində "2 Fevral--Gənclər Günü" nə həsr olunmuş qızlar və oğlanlar arasında şahmat yarışı keçirilmişdir. Yarış Naxçıvan MR Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Culfa Rayon Təhsil Şöbəsinin,Culfa Rayon Gənclər və İdman İdarəsinin,Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatının Gənclər birliyi ilə birgə keçirilmişdir. Yarışda Culfa Rayon Təhsil Şöbəsinin müdiri M.Əliyev,Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi İ.İmanov çıxış edərək bildirdilər ki," 2 Fevral Gənclər Günü" 1997 ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.Bu,Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Onlar çıxışlarında bütün yarış iştirakçılarına uğurlar arzuladılar.
Yarışın keçirilməsində əsas məqsəd rayonda şahmat idman növünün kütləviliyinin artırılmasına nail olmaq,bacarıqlı şahmatçıları üzə çıxarmaq, məkəblilərin qış tətili müddətində asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
Yarışda 40 məktəbli iştirak etmişdir.Oğlanlar arasinda
I Yer-Məmmədli Amil Əbrəqunus kənd tam orta məktəbi, II yer-Abbasov Elsevər Yayci kənd 1 N-li tam orta məktəbi, III yer-Məmmədli Məhəmməd Əbrəqunus kənd tam orta məktəbi Qizlar arasinda I yer-Mikayılova Şənay Yaycı kənd 1N-li tam orta məktəbi, II yer-Babayeva Aysun Culfa Şəhər 1 N-li tam orta məktəbi, III yer-Allahverdiyeva Nailə Culfa Şəhər 1 N-li tam orta məktəbinin şagirdləri layiq görülmüşlər. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunmuşdur.