14 yanvar 2020-ci il tarixdə Culfa Rayon Uşaq Gənclər Şahmat İdman Məktəbində "20 Yanvar-Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir" devizi altında qızlar və oğlanlar arasında şahmat yarışı keçirilmişdir. Yarış Naxçıvan MR Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə birgə keçirilmişdir. Yarışda Culfa rayon Təhsil Şöbəsinin müdiri M.Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə,insanlığa,humanizmə qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. O,qeyd etdi ki,Vətən yolunda,torpaq uğrunda şəhidlik əsl qeyrət,hünər,şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev demişdir: "20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də,gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər." O yarış iştirakçılarına uğurlar arzuladı.
Yarışın qalibləri təşkilatçılar tərəfindən diplom ilə təltif olundular.