05 noyabr 2019-cu il tarixdə Culfa rayon Şahmat məktəbində "9 Noyabr Dövlət Bayrağı Günü"nə həsr olunmuş qızlar və oğlanlar arasında şahmat yarışı keçirilmişdir. Yarış Naxçıvan MR Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirildi. Yarışda 32 şahmatçı iştirak etmişdir. Yarışın nəticələrinə görə oğlanlar arasında I yeri Əhmədov Əjdər, II yeri Nağıyev Ramazan,III yero Hüseynli Elvin tutmuşdur.
Qızlar arasında isə I yeri Babayeva Aysun, II yeri Həsənova Nur,III yeri Babayeva Aysel tutmuşdur. Qaliblər təşkilatçılar tərəfindən diplomla təltif olunmuşlar.