11 dekabr 2019-cu il tarixdə Culfa Rayon Uşaq Gənclər Şahmat İdman Məktəbində Naxçıvan MR Şahmat Federasiyasının Culfa Rayon Bölməsinin,Culfa Rayon Təhsil şöbəsinin və Culfa Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev idealarını daima yaşadaq"devizi altında rayon umumitəhsil məktəblərinin şagirdləri arasında şahmat yarışı keçirilmişdir.Yarışda 44 şahmatci iştirak etmişdir.Yarışın nəticəsinə əsasən oğlanlar arasında I yeri Nağıyev Ramazan, II yeri Əhmədov Əjdər, III yeri Nağıyev Turan,qızlar arasında I yer Əhmədova Milvari II yeri Babayeva Aysun III yeri Babayeva Aysel qazanmışdır. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunmuşdur.