Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının tədbirlər planına uyğun olaraq 24 iyul 2020-ci il tarixdə Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbində "Yay Məktəbi" adı altında onlayn məşğələ keçirilmişdir.
Məşğələni məktəbin direktoru Vahid Həsənov açaraq yay tətili dövründə şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsində onlayn məşğələlərin şagirdlər üçün əhəmiyyətindən danışmışdır.
Məşğələ zamanı məktəbin məşqçi müəllimi Həsənzadə Toğrul “Fransız müdafiəsinin əsas prinsipləri” mövzusunda şahmatsevərlərə ətraflı məlumat vermişdir.
Dərsin sonunda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.