4-5 sentyabr 2021-ci il tarixlərdə Culfa rayon Şahmat məktəbində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə yuxarı yaşlı məktəblilər arasında Naxçıvan MR birinciliyi keçirilmişdir.
Bütün rayonların iştirak etdiyi yarışda Naxçıvan komandası 1-ci, Ordubad komandası 2-ci, Culfa komandası isə 3-cü olmuşdur.
Qalib komandalara Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sertifikat və kubokları təqdim olunmuşdur.