25 dekabr 2019-cu il tarixdə Culfa Rayon Uşaq Gənclər Şahmat İdman Məktəbində "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və Yeni il bayramı ilə əlaqədar Tempo turnir keçirilmişdir. Turnir Naxçıvan MR Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Culfa Rayon Təhsil Şöbəsi, Culfa Rayon Gənclər və İdman İdarəsi ilə birgə keçirilmişdir.
Yarışda rayon sakinləri və ümumitəhsil məktəblərinin şahmat müəllimləri və şahmatçı şagirdləri iştirak etmişlər. Yarışda Culfa rayon Təhsil Şöbəsinin müdiri M.Əliyev, Təhsil Şöbəsinin Metodkabinetin müdiri K.Cəfərov çıxış edərək Həmrəylik Gününün əhəmiyyətindən danışmış və Yeni il münasibətilə iştirakçıları təbrik edərək uğurlar arzulamışdır.
İlk 6 yerin qaliblərinə təşkilatçılar tərəfindən diplom və pul mükafatı verilmişdir.