Dünya Azərbaycanlılarının həmrəylik gününü qeyd etmək və şahmatçılar arasında dostluq əlaqələrini inkişaf elətdirmək məqsədi ilə 25-26 dekabr tarixlərində Naxçıvan Şahmat Federasiyanın təşkilatçılığı ilə turnir keçiriləcəkdir.
Yarışda Naxçıvan MR-da fəaliyyət göstərən nazirlik, komitə, xidmət, idarə və müəssisələrin hər birindən 2 nəfər iştirak edə bilər.
Yarış isveçrə sistemi ilə 7 turdan ibarət olacaq, hər iştirakçıya oyunun sonuna qədər 30 dəqiqə vaxt veriləcək.
Turnirin sonunda qaliblərə diplom və pul mükafatları təqdim olunacaqdır.