16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasında sonuncu turun oyunlarına start verilmişdir.
IX turda Azərbaycanın birinci komandası lider olaraq Çin komandası ilə, Azərbaycan- Naxçıvan komandası isə Türkiyənin White komandası ilə mübarizə aparır. Azərbaycanın birinci komandasında IX turda Muradlı Məhəmməd, Süleymanlı Aydın, Əhmədzadə Əhməd və Manafov Vüqar iştirak edir. Azərbaycan- Naxçıvan komandası isə IX turda Babazadə Xəzər, Məmmədov Sadiq, Qarayev Sadiq və İsmayılov Ərturanla mübarizə aparır.
Komandalarımıza uğurlar arzu edirik.