Ədliyyə işçiləri arasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci il dönümünə həsr olunmuş şahmat turniri keçirilmişdir.
Ədliyyə Nazirliyinin müvafiq əmrinə əsasən Penitensiar Xidmətin Mühafizə Taburunda keçirilən turnir nazirliyin aparatının, Penitensiar Xidmətin, Məhkəmə Ekspertiza Mərkəzinin və yerli icra və probasiya qurumlarının əməkdaşları arasında təşkil edilmişdir.26 nəfər əməkdaşın mübarizə apardığı oyun İsveçrə modeli əsasında həyata keçirilib. Yarışın sonunda qaliblər müəyyən olunub. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin əməkdaşı Abbasov Müslum Elman oğlu birinci, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Nəcəfov Sərdar Fərrux oğlu ikinci, Mühafizə Taburunun əməkdaşı Əsgərov Ramin Ağaverdi oğlu üçüncü yerə çıxmışlar.
Tədbirin sonunda Ədliyyə naziri Suliddin Əliyev tərəfindən qaliblərə diplom və hədiyyələr təqdim olunmuşdur.