12 Avqust - Beynəlxalq Gənclər Günü münasibətilə gənc müəllimlər arasında şahmat üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.

Turnir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun və Naxçıvan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 24 avqust 2020-ci ildə Şahmat mərkəzində keçirilmişdir.

Turnirdə Muxtar Respublikanın orta məktəblərində şahmatı tədris edən 46 gənc müəllim iştirak etmişdir.

Sonda qaliblər müəyyən olunmuşdur.