7 avqust 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli şahmatçıları ilə Bakının güclü şahmat klublarından biri olan “Grand Master” şahmat klubunun üzvləri arasında lichess.org saytı vasitəsilə onlayn yoldaşlıq görüşü keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd şahmatçılar arasında yoldaşlıq əlaqələrinin gücləndirilməsi və şahmatçıların asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

Yarışda hər komandadan 10 şahmatçı iştirak edib. Yarış şahmatın rapid növü üzrə keçirilib. Hər bir iştirakçıya oyunun sonuna qədər 25 dəqiqə vaxt verilib.

Yarışda hər komandanın tərkibində I, II, III və IV dərəcəli şahmatçılar mübarizə aparıb