28 Noyabr 2019 tarixdə Kəngərli rayon şahmat məktəbində Naxçıvan Muxtar Respublikası şahmat federasiyasının Kəngərli rayon bölməsi və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə tempo turnir keçirilmişdir. Turnirdə Şərur şahmat məktəbinin şahmatçılarıda ıştirak etmişdir. Ümumi sayı 60 şahmatçı olan türnirdə 8 yaş oğlanlarda Baxışzadə Uğur, 10 yaş oğlanlarda Rzazadə Çinar, 12 yaş oğlanlarda Abdullayev İlhan, 14 yaş oğlanlarda Rzayev Pərviz qalib olmuşdur. 12 yaş qızlarda Nəcəfova Xatun, 14 yaş qızlarda isə Əliyeva Arzu qalib gəlmişdir. Ümumi turnirdə isə III yer Bağırov Şahbaz, II yer Zeynalov Ayhan, I yer isə İsmayılov Zakir olmuşdur