Naxçıvan MR Kəngərli rayon şahmat məktəbi ilə Təhsil "RİM" Lənkəran şəhər UGİŞM arasında Yoldaşlıq görüşü keçiriləcək.

Turnir 27 avqust saat 10:00-da Kəngərli Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yerli bölməsinin, Kəngərli rayon Şahmat məktəbinin və Təhsil Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Lichess.org saytında onlayn keçiriləcək.

Görüşdə hər komandada 2 qız, 4 oğlan olmaqla ümumilikdə 12 oyunçu iştirak edəcək və hər şahmatçıya 5 dəqiqə+2 saniyə vaxt verilməklə, Şveninqen sistemində 1 saat 10-dəqiqə davam edəcək.

Onlayn qaydada keçiriləcək görüşün yekun nəticəsi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin teshil.nmr.az rəsmi internet saytında və nmr_tehsilnazirliyi instaqram səhifəsində və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının chess.nax.az rəsmi internet saytında və naxcivan_sahmat_federasiyasi instaqram səhifəsində yerləşdiriləcək.