Bu gün Kəngərli rayon Şahmat məktəbində “20 İyul-Beynəlxalq Şahmat Günü”nə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd məktəblilər arasında bacarıqlı və istedadlı şahmatçıları üzə çıxarmaq, şahmat oyununu daha da kütləviləşdirmək, şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarətdir.
Yarışda məktəbin direktoru Əli Hüseynzadə bütün şahmatçıları Beynəlxalq Şahmat Günü münasibətilə təbrik edib. Qeyd edib ki, Azərbaycanda şahmat ötən ilin 70-ci illərində inkişaf etməyə başlayıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada şahmat məktəbləri tikilmiş, gənclərin bu idman növünə marağı artmış, gənc və istedadlı şahmatçılar pleydası yetişmişdir.
Yarış “İsveçrə” sistemi ilə şəxsi birincilik formasında, 12 yaşadək oğlan və qız şahmatçılar arasında keçirilib.
Yarışın yekun nəticələrinə əsasən qaliblər müəyyən olunub.

12 yaşadək oğlanlar arasında