Komanda birinciliyi 19-20 avqust 2020- ci il tarixlərdə şahmatçılar arasında dostluq və idman əlaqələrini inkişaf elətdirmək məqsədilə Naxçıvan Şahmat Federasiyasının təşkilatçılığı ilə Babək şəhər Şahmat məktəbində keçirilmişdir.

Turnirdə hər komanda 4 oğlan və 2 qız şahmatçı ilə mübarizə aparıb.
Komandada yalnız 2010-cu il təvəllüdlü və daha kiçik şahmatçılar iştirak etməklə, dairəvi sistem ilə keçilib və hər şahmatçıya 1 saat vaxt verilib.

 Turnirin sonunda qaliblər müəyyən olunub.
I yer - Naxçıvan komandası
II yer - Ordubad komandası
III yer - Babək komandası

Sonda turnirin qalibləri təşkilatçılar tərəfindən sertifikat, kubok və medallarla təltif ediliblər.