Komanda birinciliyi 12-13 iyun 2020-ci il tarixlərdə şahmatçılar arasında dostluq və idman əlaqələrini inkişaf elətdirmək məqsədilə Naxçıvan Şahmat Federasiyasının təşkilatçılığı ilə Şərur rayon Şahmat məktəbində keçirilmişdir.

Qeyd edək ki, turnirdə hər komanda 4 oğlan və 2 qız şahmatçı ilə mübarizə aparır və turnir sabah yekunlaşacaq komanda tərkibindəki şahmatçılar 8,10,12 və 14 yaş qruplarını təmsil etmişlər.
Əlavə olaraq yarış dairəvi sistem ilə keçiriləcək və hər şahmatçıya 1 saat vaxt veriləcək. Komandanın qələbəsi 2 xal, heç-heçə 1 xal, məğlubiyyət isə 0 xalla hesablanmışdır.

Uzun müddətli karantin müddətindən sonra keçirilmiş turnirdə şahmatçılar böyük həvəslə iştirak ediblər. Yekunda Naxçıvan komandası I yeri, Babək komandası II yeri və Ordubad komandası III yeri tutaraq kubok və diplomlarla mükafatlandırılmışlar.