Muxtar Respublikada şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanması məqsədilə şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanlarından sonra praktiki imtahan keçirilmişdir. İmtahan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şahmat Mərkəzində Şahmat Federasiyasının müəllimləri tərəfindən keçirilmişdir.