6-8 sentyabr 2019-cu il tarixdə Naxçıvan MR şahmat məktəbləri arasında Naxçıvan Şahmat Federasiyasının təşkilatçılığı ilə komanda birinciliyi keçirilmişdir.

Ordubad rayon Şahmat Məktəbində keçirilən yarışda hər komanda 4 oğlan və 2 qız şahmatçı ilə mübarizə aparmışdır. Qeyd edək ki, komanda tərkibindəki şahmatçıların hər biri müxtəlif yaş qruplarını təmsil etmişlər. Yarış dairəvi sistem ilə keçirilib və hər şahmatçıya 1 saat vaxt verilmişdir. Komandanın qələbəsi 2 xal, heç-heçə 1 xal, məğlubiyyət isə 0 xalla hesablanmışdır.Yarışda Ordubad komandası III yeri, Babək komandası II yeriNaxçıvan komandası isə I yeri tutmuşdur.  Qalib komandalara Federasiya tərəfindən kubok və diplomlar təqdim olunmuşdur.