Naxçıvan MR Şahmat Federasiyası 18 mart 2002-ci ildə yaradılıb.
Naxçıvan MR Şahmat Federasiyası Naxçıvan şəhəri, İstiqlal küçəsi Naxçıvan Şahmat Mərkəzi nəzdində yerləşir. Telefon: 036 545 43 82
Naxçıvan MR Şahmat Federasiyasının sədri - Talıbov Seymur Vasif oğlu
Naxçıvan MR Şahmat Federasiyasının sədr müavini - Hacıyev Emin Davud oğlu
Federasiya Naxçıvan Şahmat Mərkəzi və 7 rayon məktəbini əhatə edir. Bu məktəblərdə ümumilikdə 250-dən artıq qrup fəaliyyət göstərir və bu qruplarda 3000-dən artıq şahmatçı şahmat ilə məşğul olur. Bundan başqa Muxtar Respublikanın bütün ümumtəhsil məktəblərində həftədə 2 saat olmaqla şahmat dərsləri tədris olunur.
Federasiya yarandığı gündən bu günə qədər bir neçə mötəbər yarışın təşkilində iştirak edib.
2003-cü ildə Naxçıvan şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatı keçirilmişdir.
2011-ci ilin may ayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ilk Beynəlxalq Şahmat Festivalı təşkil olunmuş və bu festivallar ənənə halını alaraq hər il təşkil olunur.
Federasiyanın tərkibində bir sıra titullu şahmatçılar vardır:
Emin Hacıyev – Beynəlxalq hakim
Hüseyn Tağıyev - FİDE hakimi
Urfan Sevdimalıyev – Beynəlxalq grossmeyster
Talıb Babayev – Beynəlxalq usta
Həsənzadə Toğrul – Beynəlxalq usta
Pərviz Qasımov – FİDE ustası – 14 yaşlı şahmatçılar arasında Avropa Çempionatının bürünc medal mükafatçısı
Sadiq Məmmədov – FİDE ustası – 16 yaşlı şahmatçılar arasında Azərbaycan Çempionu
Aynur Kətanova – FİDE ustası – 18 yaşlı qızlar arasında Azərbaycan Çempionu
Rauf Murtuzov – Ustalığa namizəd – 11 yaşlı məktəblilər arasında Avropa Çempionu