Naxçıvan Şahmat Mərkəzində “Açıq debütlər, İspan oyununun izahlı təhlili” mövzusunda növbəti interaktiv dərs keçirilib. İnteraktiv dərs 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən, şahmat məktəblərində isə 200-dən çox şahmatçı tərəfindən elektron lövhə vasitəsilə izlənilib.
Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb. Qeyd olunub ki, debütlərin 3 növü var: Açıq, yarımaçıq, qapalı. İspan oyunu açıq debütlərə aiddir.
İnteraktiv şahmat məşğələsi ümumtəhsil məktəblərinin şagirdləri, şahmat fənnini tədris edən müəllimlər üçün keçirilib
Qeyd edək ki, qabaqcıl şahmat müəllimləri tərəfindən tədris olunan interaktiv məşğələlərin keçirilməsində məqsəd şahmatın kütləviliyini təmin etmək, şagirdlərin bu sahəyə maraqlarını daha da artırmaq, şahmatçılar arasında rəqabət mühitini formalaşdırmaqdır