Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının kapitanı, Qrossmeyster Eltac Səfərli 1-7 oktyabr 2021-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində ustad dərsləri keçmək üçün dəvət olunmuşdur.
Dərslərdə Federasiyanın titullu müəllimləri, Federasiyanın üzvləri
və yuxarı reytinqli şahmatçılar iştirak edir.
 
--
Azərbaycan milli komandasının kapitanı, Qrossmeyster Eltac Səfərli Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində ustad dərsləri keçmək üçün dəvət olunmuşdur. 7 gün davam edən
dərslərdə Federasiyanın titullu müəllimləri, Federasiyanın üzvləri
və yuxarı reytinqli şahmatçılar iştirak edib. Dərslərə yekun vurulub və dərslərdə fəallıq göstərən şahmatçılara sertifikatlar təqdim olunub.