Ağcabədi rayonunda keçirilən 8,10,12,14 və 16 yaşlı qız və oğlanlar arasında şahmat üzrə Azərbaycan birinciliyinə seçmə yarışlara yekun vurulub. Naxçıvan Muxtar Respublikasından 12 şahmatçı finalda oynamağa vəsiqə qazanıb. 8 yaşlı oğlanlar arasında Mirzəyev Uğur 7 xalla, Muradlı Lətif 6,5 xalla, 10 yaşlı oğlanlar arasında Həsənov Ramal 7,5 xalla, 14 yaşlı oğlanlar arasında Allahverdiyev Zahid 7 xalla, Seyid Hüseyn 6,5 xalla, 16 yaşlı oğlanlar arasında Əliyev Əli 6 xalla, Əliyev Ayxan 6 xalla, 8 yaşlı qızlar arasında Zamanlı Ayla 6 xalla, 10 yaşlı qızlar arasında Qənbərli Nigar 6,5 xalla, 14 yaşlı qızlar arasında Hümbətova Nazlı 6 xalla, 16 yaşlı qızlar arasında Əhmədova Yeganə 7,5 və Babayeva Nəsrin 7 xalla finala adlarını yazdırıblar.
Şahmatçılarımızı bu böyük uğur münasibətilə təbrik edir, finalda uğurlar arzulayırıq.