28 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi münasibətilə şahmat üzrə onlayn birincilik keçirilmişdir. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin rəhbərlik etdiyi birincilikdə 5 №-li və 11 №-li tam orta məktəblərin komandası, hər komandada isə 7 şagird olmaqla 14 şagird iştirak etmişdir. İnternet üzərindən onlayn olaraq oynanan hər bir oyun üçün iştirakçılara 30 dəqiqə vaxt verilmişdir. Birinciliyin yekununa əsasən 11 №-li tam orta məktəbin komandası 4:3 hesabı ilə qalib gəlmişdir. Sonda hər 2 komandaya təşkilatçıların diplomları təqdim olunmuşdur.