20 iyul 2019-cu il tarixdə Naxçıvan şəhər Şahmat mərkəzində "Beynəlxalq Şahmat Günü" münasibətilə Tempo Turnir keçirilmişdir. Müəllimlər, dərəcəli və həvəskar şahmatçılar olmaqla turnirdə 88 şahmatçı birincilik uğrunda mübarizə aparmışdır. 9 turdan ibarət olan turnirin qalibi 8 xalla Həsənzadə Toğrul olarkən, 7,5 xalla Qasımov Pərviz II və 7,5 xalla Babayeva Nəsrin isə III olmuşlar.