25 fevral 2020-ci il tarixdə orta məktəblərdə internet üzərindən canlı şahmat yarışı keçirilmişdir. Naxçıvan şəhər 8 nömrəli tam orta məktəb, 14 nömrəli tam orta məktəb, 16 nömrəli tam orta məktəb və 17 nömrəli tam orta məktəbin iştirak etdiyi yarış dairəvi sistem əsasında təşkil edilmişdir. Yarışda hər məktəbdən 6 şahmatçı mübarizə aparmışdır. 3 turdan sonra 8 nömrəli tam orta məktəb I yeri, 17 nömrəli tam orta məktəb II yeri, 16 nömrəli məktəb isə III yeri tutmuşdur.