20 iyul "Beynəlxalq Şahmat Günü"nə həsr olunmuş açıq birincilik keçiriləcək.
Birincilik 19-20 iyul 2020-ci il tarixlərdə Naxçıvan Şahmat Federasiyasının təşkilatçılığı ilə Şahmat Mərkəzində keçiriləcək.
Yarışda Muxtar Respublikanın bütün şahmatçıları yaş məhdudiyyəti olmadan iştirak edə bilər.
Yarış İsveçrə sistemi ilə 9 turdan ibarət olmaqla keçiriləcək və hər şahmatçıya 1 oyun üçün 25 dəqiqə vaxt veriləcək.
Turnirin sonunda şahmatçıların retingləri Fide- də qeydiyyata alınmaqla yanaşı, qaliblər pul mükafatı ilə təltif olunacaqlar.

Qeyd edək ki, yarışın açılışl iyulun 19-u saat 11:00-da Naxçıvan şəhər Şahmat Mərkəzində keçiriləcək və mövcüd pandemiya ilə əlaqədar olaraq turnir müddətində maska taxmaq zəruri olacaq.