Məlum olduğu kimi,Azərbaycanda o cümlədən Muxtar Respublikada yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə məktəblərdə təhsil müvəqqəti dayandırılmışdır.Bu müddət ərzində Ordubad rayon Uşaq gənclər Şahmat məktəbində fəaliyyət göstərən müəllimlər "Evdə qal, şahmat oyna" şüarı altında birləşərək  "ZOOM" proqramı vasitəsi ilə onlayın şəkildə şahmat dərslərini keçirirlər. Keçirilən tədbirlərin davamı olaraq məktəbin müəllimi İsrafil Məmmədov 22 may 2020-ci il tarixində "Yarımaçıq Debütlərin təsnifatı" mövzusunda növbəti onlayın dərsini keçmişdir. Şagirdləri maraqlandıran suallar müəllim tərəfindən ətraflı cavablandırılmış, dərsdə mövzuya aid tapsiriqlar verilmiş və məsələlər həll olunmuşdur.