21-22 fevral 2020-ci il tarixdə Ordubad rayon Şahmat məktəbində "Şagirdləri vətənpərvər ruhda böyüdək" devizi altında şahmat üzrə "Tempo" turniri keçirilmişdir.90 şahmatçının iştirak etdiyi turnirdə Zaur Babayev 6,5 xalla I yerin, Rza Elçin 6 xalla II yerin, Mirzəli Əli 6 xalla III yerin qalibi olmuşdur. Yarışın sonunda ilk on yerin qaliblərinə mükafat, fərqlənən şahmatçılara isə diplomlar təqdim olunmuşdur.