11 dekabr 2019-cu il tarixdə Ordubad Şahmat Məktəbində Ordubad rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Ordubad Rayon Bölməsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev ideyalarını daima yaşadaq" devizi altında 12 yaşa qədər ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon turniri keçirilmişdir. Turnirdə 50 şahmatçı iştirak etmişdir. Yekun nəticəyə əsasən oğlanlar arasında mübarizədə Bağırlı Camal I yerə, Səfərəliyev Səfər II yerə, İsmayıllı İsmayıl III yerə, qızlar arasında mübarizədı isə Qasımova Gülay I yerə, Bağırzadə Tofiqə II yerə , Bədəlbəyli Zərifə III yerə layiq görülmüşlər. Qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılmışlar.