25 iyun 2020-ci il tarixdə Ordubad rayon Şahmat məktəbində "26 İyun -Azərbaycan Silahlı Qüvvələr Günü" münasibətilə istedadlı şahmatçılar arasında Rayon birinciliyi keçirilmişdir.
Yarış Naxçıvan MR Şahmat Federasiyasının Ordubad rayon bölməsi,Ordubad rayon Təhsil Şöbəsi və Ordubad rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir.Turnirin nəticələrinə əsasən Həsənli Uğur I-yerə ,Babayev Zaur II-yerə ,Məmmədli Zərrin III-yerə layiq görüldülər.Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunmuşdur.